Əfqanıstanın Baş naziri Kabildəkı terror aktını pisləyib

  • 15:00 - 18 Avqust

Əfqanıstanın Baş naziri Abdullah Abdullah şənbə günü Kabildəkı bir toyda baş verən və 63 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib.

Trend-in məlumatına görə, bu barədə baş nazir öz "Twitter" səhifəsində yazıb.

A.Abdullah bildirib: Ötən gecə toyda baş verən terror hadisəsini qətiyyətlə pisləyirəm. Bu dəhşətli hücum şübhəsiz insanlığa qarşı bir cinayətdir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm".

 

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, intiharçı tərəfindən törədilən partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər yaralanıb.


Oxunma sayı: 4027

Oxşar yazılar