Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub

  • 12:38 - 18 Avqust

Qəzza sektorunda İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli həlak olub.

Bu barədə RİA "Novosti"yə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud bildirib.

"Bu gün səhər "Əl-Əndunisi" xəstəxanasına üç fələstinlinin meyiti gətirilib. Onlar gecə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülüblər", - deyə müsahib agentliyə bildirib.

Hərbçilər daha əvvəl bildiriblər ki, anklavın şimal hissəsində bölücü tikintilərə yaxınlaşmış silahlı insanlara qarşı tanklar döyüş helikopterləri tətbiq edilib.

Bu, artıq avqustun başlanğıcındandördüncü belə hadisədir.

Daha əvəl İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir qübbə” Qəzza bölgəsindən atılan raketi zərərsizləşdirib.

 

 

report


Oxunma sayı: 4698

Oxşar yazılar