ABŞ-da təyyarə yaşayış evinin üstünə düşüb

  • 11:40 - 18 Avqust

ABŞ-ın Pokipsi şəhərində (Nyu-York ştatı) "Cessna 303" təyyarəsi yaşayış evinin üstünə düşüb.

Trend-in "ABC" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Federal Aviasiya İdarəsindən bildiriblər.

Məlumata əsasən, təyyarədə olan 3 nəfərdən biri hadisə yerində ölüb.

 

Bildirilir ki, qəza ilə bağlı araşdırma aparılır.


Oxunma sayı: 4907

Oxşar yazılar