ABŞ-da bank soyğunçuları ilə polis arasında atışma olub

  • 11:22 - 18 Avqust

ABŞ-ın Cənubi Karolina ştatının Riçland Kounti əyalətində 3 soyğunçu bankı qarət etdikdən sonra avtomobillə qaçmaq istəyiblər.

Polis tərəfindən təqib edilən 3 soyğunçu polisə atəş açıb. 

Hadisə polis kamerası tərəfindən qeydə alınıb. Atəş nəticəsində polis maşınının ön şüşəsi çatlayıb.

 

Yerli mətbuatın yazdığına görə, soyğunçuların adları müəyyən edilib, onlardan ikisi 26 yaşlı Devin Mincey, Daventa Boyd və 19 yaşlı Daniel Uilliamsdır. Boydun əvvəllər həbs edildiyi, digər iki nəfərin isə kiçik cinayətlərdə ittiham olunduğu üzə çıxıb.

 

 

apa


Oxunma sayı: 5919

Oxşar yazılar