"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib

  • 10:28 - 18 Avqust

"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının II tur matçında London "Tottenhem"i ilə heç-heçə edib.

Avropa.info report-a istinadən  xəbər verir ki, Mançester şəhərində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Ev sahiblərinin heyətində Rahim Sterlinq və Serxio Aquero fərqlənib. Qonaqların qollarını Erik Lamela və Lukas Moura vurub.

"Mançester Siti" üçüncü turda səfərdə "Bornmut"la qarşılaşacaq, "Tottenhem" "Nyukasl Yunayted"i qəbul edəcək.


Oxunma sayı: 5303

Oxşar yazılar