Əfqanıstanda toyda partlayış: 63 nəfər ölüb, 180 nəfər yaralanıb (Yenilənib)

  • 10:10 - 18 Avqust

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib ki, Kabildə toy mərasimində baş verən partlayış nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb, 180-dən çox adam yaralanıb.

Daha əvvəl ölənlərinin sayının 40 nəfər, yaralıların sayının isə yüzdən çox olduğu bildirilirdi.

***

Əfqanıstanın paytaxtı Kabıldə keçirilən toy mərasimində partlayış nəticəsində 40-dan çox insan ölüb, təxminən 100 nəfər yaralanıb. Bu barədə “TOLOnews” agentliyi məlumat yayıb.

Şahidlərin söylədiklərinə görə, faciənin baş verdiyi yerdə onlarca insan cəsədi olub.

Daha əvvəl “France Presse” agentliyi 20 nəfərin yaralandığını bildirmişdi.


Oxunma sayı: 5798

Oxşar yazılar