İstanbulda sel bir nəfərin ölümünə səbəb olub

  • 23:00 - 17 Avqust

Bu gün Türkiyənin bir çox yerlərinə leysan yağıb.

Güclü yağış daha çox İstanbulda müşahidə edilib. İstanbulun Fatih və Eminönü rayonlarında bir kvadrat metrə düşən 113 kiloqramdan çox yağıntı sel fəlakətinə səbəb olub.

Fatih rayonunda Unkapanı körpüsünün altında toplanan sel sularında bir nəfər boğularaq ölüb.

Eminönü rayonunda Qapalı çarşı və Altkeçid ticarət obyektlərini su basıb. Üsküdar rayonunda isə yol çöküb. Bəzi ərazilərdə tramvay səfərləri və dəniz səyahətləri təxirə salınıb


Oxunma sayı: 4819

Oxşar yazılar