Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib

  • 22:37 - 17 Avqust

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb.

Bu barədə şənbə günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb: "Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”. 


Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq. Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.

 

 

apa


Oxunma sayı: 11177

Oxşar yazılar