Rusiya sabiq millət vəkilini Ermənistana təhvil verməkdən imtina etdi

  • 22:20 - 17 Avqust

Rusiya Baş Prokurorluğu Ermənistan Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından keçmiş millət vəkili Miqran Poqosyanı ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edib.

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian özünün “Facebook” səhifəsində yazıb.

O, qarşı tərəfin 1993-cü ildə qəbul edilmiş Mülki, Ailə, Cinayət İşlərinə Dair Hüquqi Yardım və Hüquqi Münasibətlər Konvensiyasına istinad etdiyini diqqətə çatdırıb.

“Report” xatırladır ki, 2008-2017-ci illərdə qeyd olunan vəzifədə işləmiş, sonradan 2018-ci ilədək millət vəkili olmuş M.Poqosyan külli miqdarda mənimsəmələr və vəzifə səlahiyyətlərindən sui-istifadələrdə ittiham olunaraq cari ilin aprel ayından axtarışa verilib.


Oxunma sayı: 4863

Oxşar yazılar