İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb

  • 21:20 - 17 Avqust

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb.

Bu barədə İranın Sənaye və ticarət nazirinin müavini Abbas Qubadi məlumat verib.

O bildirib ki, İranın düyü ixracına müvəqqəti qadağa qoymasına səbəb yerli fermerlərin inkişaf etməsi ilə bağlıdır. Lakin ABŞ-ın sanksiyaları İranda iqtisadiyyatın çəltikçilik sahəsinə təsir edib. Sanksiyalara görə ixrac imkanları məhdudlaşıb, buna görə də, fermerlər çəltik əkini sahələrini azaldıblar. Bu isə ölkədə düyünün qiymətinin artmasına səbəb olub. Qiymətlərin sabit saxlanılması üçün hökumət düyü ixracını müvəqqəti qadağan edib.

Xatırladaq ki, düyü İran mətbəxtinin ayrılmaz sərvətidir. İran ildə 3 milyon ton düyü istehlak edir. Ölkədə isə yalnız 2,5 milyon ton düyü istehsal olunur. Qalan 500 min ton isə Hindistan və Çindən edilən düyü idxalı hesabına ödənilir.


Oxunma sayı: 6425

Oxşar yazılar