Göyçayda toy karvanında olan maşın qəzaya düşüb, 6 yaralı var - FOTO

  • 20:45 - 17 Avqust

 

 

Göyçay rayonunda zəncirvari qəza baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 215-ci km-də, Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "VAZ" markalı minik maşını qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşub. Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

report


Oxunma sayı: 5292

Oxşar yazılar