Rusiya Xüsusi Təyinatlıları gülüş mövzusuna çevirildi - Xüsusi Təyinatlıların biabır olduğu VİDEO görüntülər

  • 18:46 - 17 Avqust

Rusiyada bir şübhəlinin evində əməliyyat keçirmək istəyən Rusiya Xüsusi Təyinatlıları ölkədə gülüş mövzusuna çevirilib. 

Avropa.info xəbər verir ki, Rusiyanın Xüsusi Təyinatlı Qüvvələri çoxsaylı cinayətlərdə şübhəli bilinən bir vətəndaşın evində əməliyyat keçirmək istəyib. 

Evə qəfil girmək istəyən Xüsusi Təyinatlı Qüvvələrin bir qrupu 2-ci mərtəbədə yerləşən mənzinin qapısını qırmaq əvəzinə, evə nərdivan vasitəsi ilə pəncərdən girməyə çalışıblar. 

Qrupun üzvlərindən biri nərdivanla yuxarı çıxaraq pəncərdən içəri girməyə çalışıb, digər 3 nəfər isə nərdivanı tutur. Pəncərəni təpiklə qırmağa çalışan Xüsusi Təyinatlıların təlim görmüş zabiti qeyri peşəkar bir şəkildə oradan yerə yıxılır.  Aşağıda duran 3 əməkdaş onu tutur. 

Bu vaxt axtarışda olan şübhəli polisin nə etdiyini anlamağa çalışaraq digər pəncərdən onlardan nə istədiklərini soruşur. Daha sonra, şübhəli bacarıqsız  Xüsusi Təyinatlılara pəncərəni özü açır. 

Həmin olayın videosunu təqdim edirik. 


Dn-YUoOJm80

Oxunma sayı: 20307

Oxşar yazılar