Pakistanda sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb

  • 19:17 - 17 Avqust

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb.

Yüksək dağlıq ərazilərdə 3 saatdan çox davam edən leysan yağışları daha 6 nəfərin yaralanmasına və bir neçə sakinin itkin düşməsinə səbəb olub. Axtarış-xilasetmə işlərinə Pakistan ordusunun əsgərləri cəlb olunub.

Sel və daşqınların Pothi Çapriyan Hiloti yaşayış məntəqəsində dağıntılara səbəb olduğu qeyd olunur. Burada evlər suyun altında qalıb. Ölənlərin 5 nəfəri azyaşlılardır.

2019-cu ildə Kəşmirdə 43 nəfərin sel və daşqınların qurbanı olduğu da bildirilir.


Oxunma sayı: 5457

Oxşar yazılar