“Rustavi 2” telekanalının qalmaqallı baş direktoru yeni kanal təsis etdi

  • 18:27 - 17 Avqust

Gürcüstanın “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiya yeni “Mtavari arxı” adlı telekanalın açıldığını bəyan edib.

Avropa.info xəbər verir ki, o, “Facebook” səhifəsində izləyicilərini heç olmasa 1 lari verərək qərbyönlü və demokratik Gürcüstanın gələcəyinə sərmayə qoymağa çağırıb. 

Xatırladaq ki, Qvaramiya jurnalist Georgi Qabuniyanın Rusiya prezidenti Putini təhqir edən verilişinin efirdə getməsindən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Qabuniyanın hərəkəti Gürcüstan ictimaiyyətinin qəzəbinə səbəb olmuş, telekanal qarşısında onun və baş direktorun işdən qovulması tələbi ilə bir neçə dəfə etiraz aksiyası keçirilmişdi.Jurnalistin hərəkətini baş nazir və prezident tənqid etmişdi. 

Qvamariya isə jurnalisti işdən azad etmək yerinə onu iki aylıq uzaqlaşdırmışdı.


Oxunma sayı: 5336

Oxşar yazılar