Qeydiyyatdan keçməyən bakalavrlar qəbul siyahısından xaric ediləcək

  • 10:41 - 17 Avqust

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların müvafiq təhsil müəssisələrində qeydiyyatı davam edir.

Avropa.info DİM-ə istinadən xəbər verir ki, bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. 

Qeyd edək ki, bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.


Oxunma sayı: 4346

Oxşar yazılar