"Taliban" liderinin qardaşı Pakistanda törədilən partlayışda ölüb

  • 16 Avq - 2019

“Taliban” hərəkatının lideri Maulavi Haybatulla Axundzadənin qardaşı bu gün Pakistanın Kvetta şəhərində baş verən partlayışda ölüb.

 M. H. Axundzadənin qardaşı Hafiz Əhməd Pakistanın Kasım Abad kəndində baş verən partlayışda ölüb.

Qeyd edək ki, bu gün Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb. Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.


Oxunma sayı: 727

Oxşar yazılar