Cənubi Koreya ilə KXDR arasında gərginlik artır

  • 16 Avq - 2019

Koreya Xalq Demokratik Respublikası (KXDR) qısa mənzilli raketlərin sınaqdan keçirilməsini dayandırmalıdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu cür bəyanatı Cənubi Koreya hökuməti yayıb. Qeyd olunub ki, mərmi atılması KXDR-ın ABŞ və Cənubi Koreya Respublikasının birgə təlimlərinə etirazıdır.

Xatırladaq ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb. Yaponiya hökuməti bəyan edib ki, raketlər Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmayıb.


Oxunma sayı: 507

Oxşar yazılar