Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

  • 21:40 - 16 Avqust

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”ın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb.

Avropa.info xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, hava gəmisinin komandiri Dəmir Yusupov və ikinci pilot Georgi Murzin Rusiya Qəhrəmanı fəxri adı, digər heyət üzvləri isə İgidlik ordeni ilə təltif olunublar.

Xatırladaq ki, göyərtəsində 226 sərnişin və 7 heyət üzvü olan A321 Moskva-Simferopol reysini yerinə yetirirdi. Təyyarə havaya qalxdıqdan dərhal sonra qağayı sürüsü ilə toqquşub. Quşların mühərriklərə düşməsi onların işində nasazlıq yaradıb. Pilotlar Ramensk rayonunun Rıbınsk kəndi yaxınlığındakı qarğıdalı tarlasına təcili eniş etmək qərarına gəliblər. Təyyarə yığılmış şassilər və sönmüş mühərriklərlə uğurlu eniş edib.


Oxunma sayı: 9560

Oxşar yazılar