İmişlidə yol qəzası baş verib, xəsarət alan var - FOTO

  • 19:00 - 16 Avqust

İmişli rayonunda yol qəzası baş verib.

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəcməddin Savalanov və Nəriman Nərimanov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - İmişli rayonunun Cəfərli kənd sakini Rövşən Mirzəli oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 8548

Oxşar yazılar