Atambayev və arvadının bütün əmlakına, bank hesablarına həbs qoyuldu

  • 15:49 - 16 Avqust

12 cinayət işində ittiham olunan Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin bütün hesablarına həbs qoyulub.

Avropa.info xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib:

“İstintaq işi çərçivəsində Almazbek Atambayevin Qırğızıstan ərazisindəki bütün əmlakına, qiymətli kağızlarına, aksiyalarına və hesablarına həbs qoyulub”.

Bundan əlavə sabiq prezidentinin arvadı Raisa Atambayevanın bütün əmlakına, həmçinin onlarla bağlı olan “Qırğızavtomaş”, “Aprel” telekanalı “Mediaforum” və digər şirkətlərin əmlakına həbs qoyulub.


Oxunma sayı: 9043

Oxşar yazılar