Bakıda poçt şöbəsində bıçaqlanma

  • 15:14 - 16 Avqust

Bakıda maskalı şəxslər poçta hücum ediblər. 

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 15-də saat 17 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 146 saylı poçta basqın olub. İki nəfər maskalı şəxs poçta girərək orada işləyən Eyyub İsgəndərovu bıçaqla hədələyib pul tələb ediblər. 

E.İsgəndərov pul verməyərək həmin şəxslərə müqavimət göstərib və əlbəyaxa dava ediblər. Poçtdan pul götürə bilməyən şəxslər sonda E.İsgəndərovu bıçaqlayaraq hadisə yerindən qaçıblar. 

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6018

Oxşar yazılar