"YPG PKK-nın bir qoludur, lakin onlar bizim tərəfdaşımızdır" - ABŞ terror təşkilatı PKK ilə əməkdaşlığını rəsmən təsdiqlədi

  • 14:45 - 16 Avqust

ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi James Jeffrey YPG-nin PKK terror təşkilatının bir qolu olduğunu etiraf edib. 

Avropa.info xəbər verir ki, Jeffrey YPG-nin PKK-nın bir qolu olmasına rəğmən əməkdaşlıq etdiklərini və bu məsələdə Türkiyə ilə eyni düşüncədə olmadıqlarını deyib. 

 "Türkiyə ilə Suriyanın şimalındakı rolumuz mövzusunda tərs düşürük. Biz YPG ilə tərəfdaşıq, ki onlar  PKK-nın bir qoludur. PKK ilə kökləri olan bir qrupdur. 
Ankaranın terror təşkilatı olaraq tanıdığı bir qrupdur . Lakin, biz Suriyadakı insanları terrorçu qrup olaraq təyin etmirik. YPG bizim terror siyahımızda deyil. 
 

Onlarla tərəfdaşıq. Türkiyə dəfələrlə onları vurmaqla təhdid etdi. izləyəcəkləri ilə hədələdilər. Təhlükəsiz zona dediyimiz bir şey üzərində çalışırıq. Türkiyə sərhədindən uzaqlaşacaqlar " - Jeffrey belə deyib.

Avropa.info 


Oxunma sayı: 6095

Oxşar yazılar