"Qətər Türkiyənin koloniyası oldu" deyən ərəblərə qətərli jurnalistdən şapalaq kimi cavab: "Türklər nə gözəl qardaşdır!" - Foto

  • 16 Avq - 2019

Türkiyənin Qətərdə tikəcəyi yeni baza BƏƏ trollarını təlaşlandırıb.

Avropa.info xəbər verir ki, 2015-ci ildə Qətərdə Tarık bin Ziyad hərbi bazasını açan Türkiyənin Qətərdə daha bir baza tikmək qərarı ABŞ və İngiltərə nəzarətində olan  BƏƏ və Bəhreyn kimi ölkələrdə böyük narahatlığa səbəb olub. Qətəri Türkiyənin koloniyası olmaqda ittiham edən qəzet “Tvitter” profilləri bu ölkəyə qarşı hücuma keçiblər.

Bəzi ərəb mediası Qətərin Türkiyə tərəfindən işğal edən şərhlər yazıblar. Türkiyəyə qarşı düşmənçilik edən BƏƏ qəzetləri öz ölkələrindəki ABŞ bazaları haqda heç nə yazmayıblar.

Bu alçaldıcı yanaşmaya isə ən gözəl cavabı isə qətərli jurnalist verib.

Qətərli jurnalist Cabir əl-Harami Bəhreyn xarici işlər naziri Xalid əl-Xəlifənin “Qətər bizdən deyil” sözlərinə cavab olaraq “Bəli, Qətər sizdən deyil və sizdən biri də olmayacaq. Sizin səhvləriniz üzündən Allaha sığınıb. Əxlaqsız ittifaqınız...Türkiyə çox yaxın dostdur. Əxlaqsız ittifaqın qarşısına çıxdı və onları dayandırdı. Türklər nə gözəl qardaşdır”.


Oxunma sayı: 8834

Oxşar yazılar