Goranboyda 3 tona yaxın narkotik məhv edildi

  • 14:08 - 16 Avqust

Goranboy rayonunun Topdan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.


Oxunma sayı: 12442

Oxşar yazılar