Suriya diktatoru Bəşər Əsədin gercək soyadı üzə çıxdı - "Aslan" deyil, "canavar" : Əmisi oğlu rəsmən açıqladı

  • 13:31 - 16 Avqust

Suriya diktatoru Bəşər Əsədin əmisi oğlu, rejimə qarşı müxalifətdə dayanan Firas Əsəd sensasion açıqlama ilə çıxış edib. 

Avropa.info xəbər verir ki, Firas Əsəd sosial şəbəkədə babaları Əli Əsədin əsl soyadı əks etdirən sənədin şəkilini paylaşaraq, soyadlarının əslində Əsəd deyil, Vahş 
olduğunu bildirib.
 

Paylaşılan sənədin şəkilindən görünür ki, Əsəd ailəsinin babaları Əli Əsədin əsl soyadı Vahş olub. Ərəb dilində "vahş" canavar, əsəd isə aslan deməkdir. 
 

Firas Əsəd Bəşər Əsədin 500 min suriyalını qətlə yetirdiyini, öz ailəsinin üzvü olduğu nusayri təriqətinin isə 100 min üzvünü öldürdüyünü bildirib.


Oxunma sayı: 13586

Oxşar yazılar