Atambayevin oğlunu vəhşicəsinə döydülər, arvadına isə cinayət işi açırlar

  • 12:03 - 16 Avqust

Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin həbsdə qalmasına qərar verib.

Avropa.info xəbər verir ki, məhkəmə iclası gözlənilənin əksinə qapalı keçirilib. Atambayevin arvadı Raisa Atambayeva ona da cinayət işi açılacağını bəyan edib. Atambayevin daha iki qardaşı oğluna cinayət işi açılıb. 

Raisa Atambayeva sabiq prezidentin böyük oğlunun vəhşicəsinə döyüldüyünü deyib. Seyitbek Atambayev isə hər gün ifadə verməyə çağırılır.

“Qayınatamın böyük oğlunun  evində axtarış olub. 10 milisioner evə girərək hər şeyi alt-üst ediblər. Buna rəğmən heç bir əsas göstərməyiblər.

Dövlət iqamətgahındakı mənzil möhürlənib, ailənin hesabları isə dondurulub.

Qeyd edək ki, həbsdə olan sabiq Qırğızıstan prezidenti ağır cinayətlərdə şübhəli bilinir. 


Oxunma sayı: 5050

Oxşar yazılar