Hindistan-Pakistan münasibətləri gərginləşir – Bir Pakistan hərbçisi öldürüldü

  • 11:39 - 16 Avqust

Hindistan hərbçilərinin Cammu və Kəşmir bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsinə açdığı atəş nəticəsində bir Pakistan hərbçisi ölüb.

Avropa.info xəbər verir ki, “Twitter” səhifəsindən məlumat yayan Pakistan ordusunun mətbuat katibi general-mayor Asif Qafur hadisənin Buttal qəsəbəsində baş verdiyini yazıb.

Pakistan və Hindistan arasında yerləşən Cammu və Kəşmir bölgəsinin kəsişmə xəttində dünən baş verən atışma nəticəsində 5 hindli və 3 pakistanlı hərbçi, 2 mülki şəxs ölmüşdü. 

Xatırladaq ki, 5 avqustda Hindistan parlamenti yarım əsrdən çoxdur əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Cammu və Kəşmir bölgəsinə xüsusi haqlar verən konstitusiyanın 370-ci maddəsi ləğv etmişdi. Qərara sərt reaksiya verən Pakistanla Hindistan arasında münasibətlər getdikcə dərinləşir. 


Oxunma sayı: 16710

Oxşar yazılar