Baş nazirdən doktorantura ilə bağlı yeni qərar

  • 11:35 - 16 Avqust

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

Avropa.info xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.   

Qərara əsasən, Elm və Təhsil Mərkəzi “Təfəkkür“ Universiteti (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb. Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) isə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib. 


Oxunma sayı: 5226

Oxşar yazılar