Qəzaya düşən "MiQ-29"un yeni hissələri tapıldı – Foto

  • 11:22 - 16 Avqust

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış "MiQ - 29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntülərini yayıb. 

Avropa.info xəbər verir ki, Nazirliyin “Twitter” səhifəsində məlumat verilib.

Məlumatda bildirilib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinə aid yeni hissələr tapılıb və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.

Xatırladaq ki, iyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi hələ ki tapılmayıb.

MiQ-29 döyüş təyyarəsinin qalıqları dənizdən çıxarıldı -FOTO

Oxunma sayı: 6304

Oxşar yazılar