Bir gündə 18 milyard dollar itirdilər

  • 11:20 - 16 Avqust

Dünyanın ən varlı 9 biznesmeni son bir gündə 18 milyard dollara yaxın pul itiriblər.

Avropa.info xəbər verir ki, buna ABŞ birjalarının indeksinin enməsi səbəb olub. 

“Dow Jones” indeksində bu ilin ən aşağı səviyyəsi qeyd olunub. “Forbes”un məlumatına görə, Cef Bezos 3,5 milyard, Mark Zukerberq 3,2 milyard, LVMH-nin direktorlar şurasının üzvü Bernar Arno isə 3 milyard dollar itirib. 

İndekslərin ağası enməsindən ilk onluqda yer alan sadəcə bir nəfər – Maykl Blumberq ziyan görməyib.

Qeyd edək ki, bu ayın əvvəli birjalardakı eniş üzündən dünyanın ən varlı 500 biznesmeni 118 milyard dollar itirmişdilər. Birjalardakı enişə səbəb kimi ABŞ-Çin ticarət əlaqələrindəki gərginlik göstərilir.


Oxunma sayı: 5952

Oxşar yazılar