İtkin uşaqlar Bərdədə tapıldı - Qaraçı qadın oğurlayıbmış – Yenilənib

  • 10:18 - 16 Avqust

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin  düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.  

Avropa.info xəbər verir ki, bu barədə Unikal.org-a uşaqların anası Çiçək Aslanova məlumat verib. O bildirib ki, Binəqədi polisinin apardığı araşdırma nəticəsində məlum olub ki, uşaqlarını evində gətirdiyi tanımadığı qadın oğurlayıb: "O, qadın qaraçı imiş. Uşaqları özü ilə Bərdəyə aparıb. Bərdə polisi həmin qadını saxlayıb və övladlarım Bakıya gətirilir". 

***

Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.

APA-nın xəbərinə görə, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub.

Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.

Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.


Oxunma sayı: 5875

Oxşar yazılar