Böyük Britaniya məhkəməsi İrana məxsus neft tankerinin azad edilməsi haqqında qərar çıxarıb

  • 23:33 - 15 Avqust

Böyük Britaniya məhkəməsi ABŞ-ın təkidinə baxmayaraq, iyulun 4-də Hibraltarda həbs olunan İrana məxsus neft tankerinin azad edilməsi haqqında qərar verib.

Hakim Entoni Dadli araşdırmanın aparıldığını və qanun pozuntusu baş vermədiyini bildirib.

Xatırladaq ki, İran da öz növbəsində Fars körfəzində Böyük Britaniyaya məxsus neft tankerini və ekipaj üzvlərini həbs etmişdi. Onlar neft qaçaqmalçılığında ittiham olunurdu.

İranın Dənizçilik və Limanlar Təşkilatının rəhbəri Cəlil İsmayili bildirib ki, İran tərəfi Böyük Britaniya ilə bəzi sənədlərin mübadiləsini aparıb. İran da öz tərəfindən Britaniyaya məxsus tankeri azad edəcək.


Oxunma sayı: 7679

Oxşar yazılar