Qanunsuz sərnişindaşımaya görə Kişineu beynəlxalq aeroportunda axtarışlar aparılır

  • 21:48 - 15 Avqust

Kişineu beynəlxalq aeroportunda və “Avia Invest” kampaniyasının ofisində qanunsuz sərnişindaşımaya görə axtarış aparılır. 

 Kişineu Bələdiyyə Prokurorluğu, Antikorrupsiya və Daxili Təhlükəsizlik Xidmətinin, İnformasiya Təhlükəsizlik Xidmətinin birgə apardığı yoxlamalara əsas səbəblərdən biri də dövlət sərhədində qanunsuz daşımalar səbəb olub. 

Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yoxlamalar açılan cinayət işləri ilə bağlıdır. Vəzifəli şəxslərin rəsmi ehtiyatsızlıq, vəzifə mövqeyindən sui-istifadə və dövlət sərhədini qanunsuz keçmə zəminində açılmış cinayət işləri çərçivəsində aparılan axtarışlar zamanı material, əşyalar, sənədlər və informasiyalar, habelə cinayətin digər sübutları ələ keçirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 4775

Oxşar yazılar