Trampla Zelenskinin görüş vaxtı məlum olub

  • 21:30 - 15 Avqust

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş payızda baş tuta bilər.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O bildirib ki, liderlər arasında ilk görüş Varşavada və ya Nyu Yorkda keçirilə bilər:

“Bu görüş çox qısa olacaq və liderlərə bir-birinə “Hello” demək və hal-əhval tutmaq imkanı verəcək”.

D.Tramp və V.Zelenski arasında ikinci görüş isə Vaşinqtonda, birinci görüşdən bir və ya iki ay sonra keçiriləcək və daha geniş olacaq.


Oxunma sayı: 4764

Oxşar yazılar