Yaponiyada “Korsa” tufanına görə 800-dən çox daxili reys təxirə salınıb

  • 21:12 - 15 Avqust

Avqustun 15-də yerli vaxtla saat 17:00-dək olan məlumata əsasən, Yaponiya aviaşirkətləri yaxınlaşan tufana görə 812 daxili reysi təxirə salıb.

Təyyarələrin əksəriyyəti “Haneda” aeroportundan ölkənin qərbində yerləşən şəhərlərə uçmalı idi.

Güclü “Korsa” tufanına görə, Yaponiyanın qərb rayonlarında “Şinkansen” superekspreslərinin hərəkətində də fasilələr yaranıb. Osaka prefekturasının Şin-Osaka stansiyası ilə Fukuoka prefekturasının Kokura stansiyası arasında “Sanyo Şinkansen” xətti boyunca hərəkət edən superekspreslərin hərəkəti bütün gün dayandırılıb.

Yaponiyanın bir sıra qərb rayonlarında, o cümlədən Koti prefekturasında 75, Narada 22, Miedə 11 və Vakayamada 5 nəfər təcili təxliyə olunub. Küşü, Şikoku, Tyuqoku və Kinki regionlarında təxliyə xəbərdarlığı elan edilib. Onun təqribən 360 min sakini əhatə etdiyi bildirilir. Beş ballıq cədvəl üzrə dördüncü dərəcə xəbərdarlıq sakinlərin təcili olaraq təhlükəsiz yerlərə təxliyəsini nəzərdə tutur.

Son məlumatlara görə, tufan nəticəsində 2 nəfər ölüb, 25 nəfər isə xəsarət alıb.


Oxunma sayı: 6590

Oxşar yazılar