Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər

  • 20:55 - 15 Avqust

Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər. 

Bunu Rusiyanın Təbii Sərvətlər və Ekologiya naziri Dmitri Kobılkin bəyan edib.

O bildirib ki, bunun baş verməməsi üçün Pekin meşələrin qanunsuz qırılması probleminin həllinə qoşulmalıdır. Nazir “Vedomosti” qəzetinə müsahibəsində deyib: “Əgər biz Çin tərəfindən konkret addımların atıldığını görsək, bu problemin öhdəsindən gələrik”.

D. Kobılkin vurğulayıb ki, çinli həmkarlarla ciddi iş aparılır. Məsələn, Rusiya birgə seleksiya-toxumçuluq kompleksləri inşa etməyi və ağac əkməyi təklif edir.


Oxunma sayı: 7162

Oxşar yazılar