Mənzildə kişi meyiti tapılıb

  • 20:38 - 15 Avqust

Bakıda mənzildə 86 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Məmmədov Tofiq Qubal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Oxunma sayı: 4764

Oxşar yazılar