Nikol Paşinyan iki müşavirini istefaya göndərib

  • 18:10 - 15 Avqust

Ermənistan baş naziri Nikol Paşinyan baş müşavirləri Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən istefaya göndərib.

Hökumətin rəsmi saytında yerləşdirilən məlumatda belə bir addımın səbəbləri açıqlanmır.

Qeyd edək ki, uzun müddət ərzində Xarici İşlər Nazirliyində Yaxın Şərqlə bağlı çalışmış A.Qasparyan 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistan nümayəndə heyətinin üzvü olub. Əvvəlki komandada uzun müddət təmsil olunmuş A.Qəribyan isə 2008-2011-ci illərdə baş nazir Tiqran Sarqsyanın, sonra isə “məxməri inqilab”adək Serj Sarqsyanın baş müşaviri işləyib.

Bununla yanaşı, baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb.

 

 

report


Oxunma sayı: 8218

Oxşar yazılar