ABŞ Suriyanın Türkiyə sərhədində yeni aviabaza inşa edir

  • 17:35 - 15 Avqust

ABŞ Suriyanın şimalında yerləşən Rasüleyn (Serekiniyə) şəhərində yeni hərbi hava bazası tikirlər.

Avropa.info xəbər verir ki, Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar rayonunun qarşı tərəfində qurulacaq şəhərdəki aviabazadan ABŞ təyyarə və vertolyotları qalxıb enə biləcək.

Suriyanın şimalında 26 hərbi bazası olan ABŞ aviabazanın inşası üçün artıq fəaliyyətə başlayıb. 5 kvadrat kilometr ərazini əhatə edəcək hərbi bazanın gələn aya qədər başa çatması gözlənilir.

Qeyd edək ki, ABŞ daha əvvəl Suriyanın Derik, Deyr-əz-Zor, Rəqqa, Tabka, Rimelan, Hola, Şədadi, Kobani, Ayn İssa, Mənbic, Həsəkə və Tel-Abyadda hərbi bazalar qurmuşdu.

Kobaninin cənubunda yerləşən Gerebışk kəndində və Tabka şəhərində ABŞ-ın böyük hərbi hissələri inşa edilib. 


Oxunma sayı: 5490

Oxşar yazılar