Super Kubok matçını qəbul edən İstanbula UEFA-dan tərif dolu sözlər

  • 15:38 - 15 Avqust

Çempionlar Liqası “Liverpul” və UEFA Kubokunun qalibi “Çelsi” klubunun qarşılaşdığı Super Kubok matçını qəbul edən İstanbul şəhəri UEFA-dan müsbət qiymət alıb.

Avropa.info xəbər verir ki, UEFA prezidenti Aleksandr Çeferin təşkilatçılığın son dərəcə uğurlu olduğunu qeyd edib.

“Mükəmməl stadion, əla təşkilatçılıq. Hökumət nümayəndələri, polis vəzifəsini çox yaxşı yerinə yetirir. Bu səbəbdən razı qalmışıq. İstanbul belə finallar üçün əla ev sahibidir. Buradakı klublardan ən azı birinin gələn may ayında Çempionlar Liqası finalı üçün burada olacağını ümid edirəm” – o, belə deyib.


Oxunma sayı: 10968

Oxşar yazılar