Konor Makqreqor bu dəfə pensiyaçını döydü

  • 15:19 - 15 Avqust

Həbib Nurməhəmmədovun məğlub etdiyi qarışıq idman növləri üzrə döyüşçü Konor Makqreqor yeni qalmaqala imza atıb.

Avropa.info xəbər verir ki, UFC-nin iki kateqoriyası üzrə sabiq çempion Makqreqor İrlandiyada yaşlı kişiyə yumruqla hücum edib. Hadisə Dublində “Marble Arch Pub” barında baş verib. Makqreqor özünə məxsus “Proper Twelve” şirkətinin viskisini alaraq bar ziyarətçilərinə paylayıb. Barın qonağı pensiyaçı kişi içkidən imtina etdikdə Makqreqor ona zərbə vurub.

Qalmaqalın böyüməsindən onu dostları xilas edib. Lakin hadisənin videosu sosial şəbəkələrə düşüb. İnsidentin məlum olmasından sonra polis istintaqa başlayıb. 


Oxunma sayı: 8295

Oxşar yazılar