Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinə işlərin qəbuluna start verilir

  • 15 Avq - 2019

Müsabiqədə iştirakla bağlı müraciətlər 30 sentyabr tarixinədək qəbul olunur

London (15 avqust 2019-cu il) – Şərqi Avropanın kommunikasiyalar sahəsində ən böyük müsabiqəsi olan “Eventiada IPRA Golden World Awards” müsabiqəsinə müraciətlərin qəbuluna start verilib. 1990-cı ildən etibarən keçirilən müsabiqə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) tərəfindən təşkil olunur.

“Azərbaycanlı mütəxəssislərin kommunikasiyalar sahəsində peşəkarlığını nümayiş etdirməyinin effektiv yollarından biri də Eventiada IPRA Golden World Awards kimi nüfuzlu beynəlxalq müsabiqələrdə milli layihə və keyslərlə iştirak etməkdir. Bu müsabiqənin istənilən nominasiyasında qalibiyyət ölkəmizin peşəkar icması üçün ciddi bir hədiyyə olardı”, - deyə müsabiqənin beynəlxalq münsiflər heyətinin üzvü, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) və “Baku School of PR” şirkətinin rəhbəri İlham Məmmədzadə qeyd edir. 

01/09/2018 – 01/09/2019 tarixləri arasında Rusiya, MDB, Avropa və Orta Asiya ölkələrində həyata keçirilmiş layihələr üzrə müraciətlər www.eventiada.com saytında rus və ingilis dillərində qəbul olunur. Bütün nominasiyalar üzrə layihələrə beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən baxılacaq. Əlavə olaraq, müsabiqə ərzində ali mükafat olan Grand Prix, eləcə də fərdi mükafatlar — «İlin adamı», «İlin PR-rəhbəri» və «Peşəyə verdiyi töhfəyə görə» öz sahiblərini tapacaq.

Müsabiqənin qrafiki:

  • 30 sentyabradək — müraciətlərin qəbulu;
  • 1 oktyabradək — müraciətlərin təqdim edilməsi ilə bağlı güzəştli tariflər;
  • 6 - 13 oktyabr — ekspertlər şurasının səsverməsi;
  • 14 - 18 oktyabr — münsiflər heyətinin səsverməsi;
  • 11−12 noyabr — Qran-Pri nominasiyası üzrə səsvermə;
  • 12 noyabr — Təntənəli təqdimetmə mərasimi, Rusiya, Moskva.

Builkimüsabiqədə Beynəlxalq standartlara uyğun gələn ən yaxşı layihə; Yeni alətlərin tətbiqi ilə ən yaxşı innovativ layihə;ən yaxşı beynəlxalq layihə; KSM sahəsində ən yaxşı layihə; və s. nominasiyalarda layihələr qiymətləndirləcək.

Müsabiqə haqda daha ətraflı məlumatı www.eventiada.com veb-səhifəsndən almaq mümkündür. 


Oxunma sayı: 562

Oxşar yazılar