“ABŞ-ın yayındırma taktikası keçməyəcək” – Çavuşoğludan “təhlükəsizlik zonası” açıqlaması

  • 15 Avq - 2019

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirdiyi mətbuat konfransında Suriya sərhədində təhlükəsizlik zonasının yaradılması ilə bağlı ABŞ-la aparılan danışıqları şərh edib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu Türkiyə PUA-larının artıq region üzərində uçuşlara başladığını qeyd edib.

“Nəzarət postları yaradılacaq, birlikdə patrul xidməti də aparılacaq, amma bunlar işin detallarıdır, məqsəd YPG/PKK üzvlərinin çıxarılaraq təhlükəsizlik zonası formalaşdırılmasıdır.

Bir neçə gün əvvəl texniki səviyyədəki işlərdən sonra açıqlamalar vermişdik. Bunun ilkin danışıqların bir başlanğıcı olduğunu demişdik. Detalları hazırlanacaq bir çox mövzu var. Bu gün amerikalı komdan Şanlıurfaya gələcək. Trampın 20 mil sözü var. Buradakı məqsəd YPG/PKK-nın təhlükəsizlik zonasından çıxarılmasıdır. ABŞ-ın yayındırma taktikası işləməyəcək. Mənbicdə bu formada baş qarışdırdılar, sözlərini tutmadılar. ABŞ silah yardımı etməyə davam edir. Səmimi olmaları və yayındırma prosesinin Türkiyə tərəfindən dözümlə qarşılanmayacağını başa düşmələri lazımdır” – Çavuşoğlu belə deyib.

O, Türkiyənin F-35 proqramında rəsmi şəkildə çıxarılmasının müzakirə mövzusu olmadığını deyib:

“Qarşılıqlı anlayış çərçivəsində biz bu işləri yoluna qoya biləcəyimizi düşünürük. Əks-təqdirdə iki ölkə qarşılıqlı addımlar atar və ölkələr arasındakı münasibət gərginləşər. Biz bu mərhələdə danışmaq yerinə mövcud problemləri həll etməyə istiqamətlənmişik”.


Oxunma sayı: 1211

Oxşar yazılar