“Türkiyə ilə razılaşma...” – Pentaqondan təhlükəsizlik zonası açıqlaması

  • 11:29 - 15 Avqust

Pentaqon Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ilə bağlı Türkiyə ilə əldə olunan razılaşmanın mərhələli şəkildə həyata keçirəcəyini açıqlayıb.

Avropa.info xəbrə verir ki, Pentaqonun mətbuat katibi Şin Robertson AFP-ə verdiyi müsahibədə bəzi əməliyyatların yaxın vaxtlarda başlayacağını bildirib:

“Hazırda türk hərbi həmkarlarımızla birlikdə Birgə Koordinasiya Mərkəzi üçün alternativləri nəzərdən keçiririk. ABŞ Türkiyə danışıqlar davam edərkən bəzi fəaliyyətləri sürətlə başlamağa hazırlaşır”.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında keçən həftə danışıqlarda əldə olunan razılıq Şanlıurfada Birgə Əməliyyat Mərkəzinin qurulmasını və Suriyanın şimalında planlanan təhlükəsizlik zonasının təşkilatçılığını ehtiva edir. Zonanın dərinliyi məsələsində isə tərəflər arasında fikir ayrılığı var.


Oxunma sayı: 4852

Oxşar yazılar