Rusiyanın sərnişin təyyarəsi qarğıdalı sahəsinə qəza enişi etdi - Foto

  • 11:08 - 15 Avqust

Rusiyanın “Ural hava yolları” şirkətinin Moskvadan Simferopol şəhərinə uçan Airbus A321 Moskva ətrafında şassisiz ərazidə məcburi qəza enişi edib.

Avropa.info xəbər verir ki, təyyarənin göyərtəsində 8 ekipaj üzvü daxil 234 nəfər olub. İlkin məlumata görə, 23 nəfər xəsarət alıb, onlardan 5 nəfəri uşaqdır.

Aviaşirkət qəzanın səbəbi kimi quş sürüsünün təyyarənin mühərrikinə düşməsini göstərib. Toqquşma mühərriklərdən birinin yanmasına səbəb olub.

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev ilhaq olunmuş Krımın Jukovski aeroportuna uçan təyyarənin ekipajına və komandiri Dəmir Yusupova fövqəladə vəziyyətdə fantastik ustalığına görə təşəkkür edib.


Oxunma sayı: 6843

Oxşar yazılar