Sabirabadda dəhşətli qəza – 2 ölü, 3 yaralı

  • 10:58 - 15 Avqust

Sabirabad ağır yol qəzası baş verib.

“Report” bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub.

İlkin məlumata görə, “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölənlərin meyitləri müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.

Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu və 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Oxunma sayı: 9153

Oxşar yazılar