Paşinyan Qarabağ separatçılarına milyonlarla dollar ayırır

  • 22:30 - 14 Avqust

Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejimə 6 milyon dollardan çox pul ayıracaq.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Məlumatda qeyd olunur ki, bu vəsait təqaüdə göndərilən hərbçilərin mənzil probleminin həllinə yönəldiləcək.

Paşinyan qeyd edib ki, hazırda məbləğin dəqiqləşdirilməsi prosesi gedir.

Ermənistanın hökumət başçısı həmçinin deyib ki, o, avqustun 5-də Stepanakertdəki (Xankəndi-red.)  çıxışında bildirdiyi kimi, 2023-cü ilə qədər separatçı ordunun mənzil problemini də həll etmək niyyətindədir.


Oxunma sayı: 4434

Oxşar yazılar