Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ olub

  • 21:35 - 14 Avqust

Yeni Zelandiyada Rixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ olub. AZƏRTAC Reuters agentiyinə istinadla xəbər verir ki, 12 kilometr dərinlikdə olan yeraltı təkanların episentri ölkənin turizm bölgəsi sayılan Cənub adalarında olub. GeoNet saytının məlumatına görə, zəlzələdən sonrakı 40 dəqiqə ərzində daha zəif gücü olan çoxlu yeraltı təkanlar qeydə alınıb. 

Yeni Zelandiya hökumətinin məlumatında qeyd olunur ki, zəlzələ ən çox Cənub adalarında yerləşən Milford Saund qəsəbəsində hiss edilib. 

Dağıntılar və tələfat barədə məlumat verilmir.


Oxunma sayı: 5710

Oxşar yazılar