"Boeing" təyyarələrinin sifarişi 38% azalıb

  • 20:40 - 14 Avqust

Bu ilin yanvar-iyun aylarında ABŞ-ın "Boeing" korporasiyasına 258 təyyarə sifariş edilib.  

"Report" bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.  

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% azdır.  

Onun avropalı rəqibi "Airbus" isə 7 ay ərzində müştərilərindən 548 sifariş alıb. 


Oxunma sayı: 6348

Oxşar yazılar