Türkiyədə keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

  • 20:04 - 14 Avqust

Türkiyənin 29 şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində, ümumilikdə, 18,2 kiloqram narkotik vasitə, habelə 772 ədəd həb və 2631 ədəd çətənə kolu ələ keçirilib. 

Avropa.info xəbər verir ki, əməliyyat nəticəsində 138 nəfər saxlanılıb. Onların üzərində silah da aşkarlanıb. 

Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər. Faktla bağlı təhqiqat davam etdirilir.


Oxunma sayı: 4995

Oxşar yazılar